2 İyun 2015 14:12
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,


Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Regionda və Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən Polşa-Azərbaycan əməkdaşlığının uğurlu inkişaf perspektivlərinə çox şadam. Polşa Avropa İttifaqının Azərbaycan ilə siyasi münasibətlərinin formalaşmasında maraqlıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini diqqətlə müşahidə edirik. Yeni əməkdaşlıq müqaviləsinin qəbul edilməsinin Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində mühüm mərhələ olacağına əminəm.

Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək, dostluq münasibətləri getdikcə dərinləşəcək.

Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm”.

***

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,


Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.


Əminəm ki, birgə səylərimiz nəticəsində Serbiya ilə Azərbaycan arasında mövcud olan, ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı naminə daha da inkişaf edəcək.


Bizə xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini möhkəmləndirmək və Serbiya-Azərbaycan əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üzrə öhdəliklərimizi bir daha təsdiq etmək şansı verəcək Avropa Oyunlarının açılışı ilə bağlı Bakıda baş tutacaq görüşümüzü səbirsizliklə gözləyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Müəllif:

Oxşar xəbərlər