“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri Tsugua Takahashi ilə görüşüb. Teleqraf.com-un verdiyi xəbərə görə, görüşdə Azərbaycan-Yaponiya əlaqələri, Yaponiya səfriliyinin ölkəmizin regionlarında həyata keçirdiyi layihələr barədə danışılıb.
Görüş zamanı F.Muradov həmçinin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Səfir Takahashi qədim ipək yolunun Asiya və Avropa ölkələri arasında əlaqələrinin yaranmasındakı roluna toxunaraq bu izin böyük təsir gücünə malik oludğunu vurğulayıb. Yaponiyanın “İpək Yolu” BGİ ilə əlaqələrinin genişləndirilməsində öz köməyini əsirgəməyəcəyini deyən səfir əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Yaponiyanın gənclər təşkilatının nümayəndələrinin “Böyük İpək Yolu” nda təmsil olunması ilə bağlı məsələlər müzakirə edilib.
Sonda Tsugua Takahashi “Böyük İpək Yolu” BGİ ilə ikitərəfli əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.
BƏXTİYAR