24 İyun 2015 12:51
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovun CNN-ə müsahibəsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı şöbə müdiri tvitter hesabında yazıb:

“Gördünüz, CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir?

Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı.

Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi

CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu oldu. İndi başlayacaqlar Emin Hüseynovu qəhrəman etməyə. Amanpura isə Nobel mükafatı düşür”.


Müəllif:

Oxşar xəbərlər