Əzizlərim, Ermənistan və Azərbaycan xalqları düşməndir.
Ermənistan və Azərbaycan Respublikaları da düşməndir.
Bu düşmənçiliyin səbəbi də budur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Hər bir ağlı başında olan Azərbaycan vətəndaşı və Ermənistan vətəndaşı arzusundadır ki, bu düşmənlik aradan qalxsın, münasibətlər dostluq müstəvisinə keçsin, regionda sülh və əməkdaşlıq güclənsin. Bunun üçün isə Ermənistanın Azərbaycan torpaqlarını azad etməsi gərəkdir.
Xalqlar arasında bu düşmənliyin aradan qalxması üçün müəyyən anti-konflikt metodları da mövcuddur. Məsələn, düşmənlikdən dostluğa birbaşa keçmək mümkün deyilsə, bəzi müstəvilərdə bu münasibətləri düşmənlikdən rəqabətə keçirmək mümkündür. Azərbaycan sənətçiləri Eurovisionda ermənilərlə yarışır, ermənilər Bakıda hər hansı idman tədbirlərində, o cümlədən Birinci Avropa Oyunlarında iştirak edirsə, bu, artıq rəqabət müstəvisidir.
Azərbaycan dövləti bu iştirakçılığa şərait yaradanda həm öz prinsipal mövqeyini, həm də bu cür metodlardan ustalıqla istifadə etmək bacarığını qoyur. Ancaq "Azərbaycan və Erməni xalqları düşmən deyil" deyəndə Rüstəm İbrahimbəyov həm reallığı təhrif edir, həm Azərbaycan torpaqlarının işğal altında olduğunu yada salmır, həm də sülhün formalaşması üçün torpaqlarımızın geri qayıtmasının zəruriliyindən söz açmır.
Cəmil Həsənli isə öz aləmində Rüstəm İbrahimbəyovun bu manqurt açıqlamasına haqq qazandırmaq üçün Prezidentin köməkçisi Əli Həsənovun verdiyi bir açıqlamanın linkini paylaşır.
Halbuki həmin açıqlamada Əli Həsənov deyir: "Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər. 25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan edibləlr. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, düynanın da təhlükəsizliyini təhdid edir".
Bax, fərq budur, Cəmil Həsənli!
Prezident İlham Əliyevin köməkçisi, komandasının digər mühüm aparıcı üzvləri ilə sizin manqurt ideoloqunuzun və dövlət başçısı olmağa iddia etmiş şəxs kimi fərqiniz bundadır.
Prezident və onun komandası milli maraqlarımızı qoruduğu halda, siz sadəcə Ermənistanın torpaq iddialarına və işğalına bəraət tezisləri istehsal etməklə məşğul olursunuz.
Azərbaycan üçün, xalqımız və cəmiyyətimiz üçün bir nömrəli məsələ Qarabağın işğal altında olmasıdır. Cəmil Həsənli AŞPA-nı tənqid edir ki, niyə Azərbaycan hakimiyyəti əleyhinə yumşaq bəyanatlar verir. Amma fikir verin, AŞPA-da səsvermə nəticəsində hesabata təklif edilən “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə...” cümləsi “Dağlıq Qarabağ münaqişəsi barədə..” cümləsi ilə əvəz olunub.
Təklifin müəlliflri Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin olub.
Cəmil Həsənli isə bunu tənqid etmək əvəzinə, məhz həmin ermənipərəst və erməni deputatları Azərbaycana qarşı daha kəskin mövqe tutmağa həvəsləndirir...
İndi sizə axı necə deməyək ki, AYIB OLSUN?!.
Cəmil Həsənli, siz Rüstəm İbrahimbəyovun “uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır" cümləsinə haqq qazandıranda doğrudanmı bir tarixçi kimi utanmadınız?
Birincisi, tarix, siyasət, hərb, diplomatiya nə zamandan bir yazıçı təxəyyülünün məhsulu olan hekayələrdən öyrənilir?
İkincisi, axı siz tarixçi kimi Xruşşov zamanında baş verən hadisələr üzərində dayanmaqdandırsa, Krımın türk yurdu olduğuna, Osmanlı ilə savaşlarda Rusiyanın işğalına məruz qaldığına, ən mühümü isə SSRİ dağıldıqdan sonra Ukraynanın Krımla birgə BMT-yə qəbul edildiyinə vurğu yapmalısınız.
Bəli, Azərbaycan hakimiyyəti çox düz edib Krım məsələsinə görə Rusiyaya sanksiyaları dəstəkləməyib. Amma bu günə qədər Azərbaycan hakimiyyətindən heç bir rəsmi ağız "Krım Rusiyanın torpağıdir" deməyib və bu yöndə heç bir əməli addım atmayıb.
Amma rüstəmlər, cəmillər deyir bunu!
Çünki sizlər nəinki siyasətdə, heç öz sahənizdə də peşəkar deyilsiniz.
Bəli, nə Cəmil Həsənli peşəkar tarixçidir, nə də Rüstəm İbrahimbəyov peşəkar yazıçı.
Hər ikisi süni bütdür! Bu sünü bütləri kimin yapdığı da bəlli, tapdığı da…