30 İyun 2015 19:18
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

"KXCP-nin avqustun 1-də keçirəcəyi qurultay ölkədə yaşanan siyasi süstlüyün fonunda ciddi hadisə olacaq, prosesləri sürətləndirəcək. Nəzərə alsaq ki, bu il həm də parlament seçkiləri keçiriləcək, o zaman qurultayımızın əhəmiyyəti daha da yüksəlir".

Bunu Teleqraf.com-a açıqlamasında KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, qurultayda bir sıra yeniliklər olacaq: "Amma bu barədə indidən heç bir açıqlama vermək niyyətində deyilik.

X.Teyyublu qurultaya çoxsaylı qonaqların dəvət olunacağını və bir sıra mühüm məsələlərin müzakirəyə çıxarılacağını bildirdi: "Mən ayrı-ayrı şəxslərin narazılığını şərh etmək istəmirəm. Partiyamız qurultaya hazırlaşır, qurultayda hər şey aydın olacaq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər