1 İyul 2015 17:15
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azadlıq - 2015 Seçki Blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, VİP, ALDP, Aydınlar partiyası və AXP sədrləri iştirak edib.

Teleqraf.com xəbər verir ki, toplantıda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

Toplantıda “Azadlıq-2015” Seçki Blokunun deputatlığa namizədlərinin siyahısı üzərində müzakirələr aparılıb və müəyyənləşdirilmiş deputatlığa namizədlərlə görüşün keçirilməsi barədə qərar qəbul edilib. Milli Məclisə seçkilərin bütün mərhələləri üzrə demokratik qüvvələrin vahid monitorinq mərkəzinin yaradlması təşəbbüsü ilə digər siyasi və ictimai sektor təsissatları ilə məsləhətləşmələr aparılması məqsədəuyğun sayılıb.

Həmçinin I Avropa Oyunları müddətində Bakıda nəqliyyata və digər sahələrə qoyulan məhdudiyyətlərin diqqət mərkəzində olub. Seçki Bloku Avropa Oyunlarının başa çatmasından sonra həmin məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini ifadə edib. Sonda bu həftədə bir sıra xarici ölkə səfirlikləri ilə keçiriləcək görüşlərlə bağlı fikir mübadiləsi aparılıb. Digər ictimai-siyasi və blokdaxili məsələlər müzakirə edilib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər