10 İyul 2015 15:59
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan demokratları Qafqaz Demokratlar Evini yaratmağı təklif ediblər. Bizə də müraciət ediblər və müsbət münasibətimizi ifadə etmişik. Hələlik cavab gözləyirik. Gürcüstan, Azərbaycan və Ermənistanın demokratik birliyi yaransa bu qurum bölgədə ümumi demokratikləşmə prosesinə öz töhvəsini verə bilər. Bizim 1994-cü ildə qurultayımız zamanı irəli sürdüyümüz müddəalardan biri də Ümumtürk Evinin, Qafqaz Evinin yaradılması məsələsi idi. Ancaq reallıqlar bu ideyalarımızı gerçəkləşdirməyə imkan vermir. Bizim maliyyə resurslarımız yoxdur, olsaydı, ideyalarımızı həyata keçirərdik. İndilikdə bunu ancaq Türkiyədəki partiyalar edə bilər, amma onlar da etmək istəmir. Türkiyədəki siyasi partiyaların büdcəsi az qala bizim bir nazirliyin büdcəsindən çoxdur. Onlar qurultaylarına və tədbirlərinə bizi dəvət etmirlər. Onlar daha çox Azərbaycanda siyasi proseslərə təsir etməyən şəxsləri dəvət edirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Cəlaloğlu Ermənistan tərəfindən hansı partiyanın bu prosesdə iştirak etdiyini bilmədiyini də vurğulayıb: “Bu haqda bilmirəm. Demokratik dəyərləri bölüşən istənilən partiya ilə əməkdaşlıq edə bilərik. Əgər məqsəd bölgədə demokratiyanı dəstəkləməkdirsə, biz həmin qüvvəni görəcəyik. Yox, əgər erməni partiyası gəlib gic-gic başlasa ki, Qarabağ bizimdir, Gürcüstanın filan əraziləri bizə məxsus olub, bu zaman nə biz, nə də Gürcüstanın demokratik qüvvələri onlarla əlaqə saxlayacaq. Yəni biz demokratik dəyərləri müdafiə edən qüvvələrlə bir yerdə ola bilərik. Radikal millətçi qüvvələrlə bir yerdə olmağın mənasını və nəticəsini görmürük. Ermənistanın taleyi onun demokratikləşməsindən keçir”.

Nemət


Müəllif: