27 May 2014 11:07
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandakı rus hərbi kontingentinin artırılmasından Qərb, avroatlantik məkana daxil olan ölkələr narahat olmalıdır”.

Bunu açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Millət vəkilinin qənaətincə, Rusiya bu addımları Qərbin regionda möhkəmlənməsininq arşısını almaq məqsədi ilə atır:

“Rusiyanın Ermənistanda öz hərbi bazalarını artırmaq və gücləndirməkdə məqsədi Qərblə bağlıdır. Rusiya Qərbin bu regionda möhkəmlənməsinin qarşısını almağa çalışır və bu məqsədlə Ermənistandan istifadə edir.

Azərbaycanda Qərb institutları, iqtisadi müqavilələr və s. bərqərar olub. Bunların qorunması lazımdır. Lakin bunu yalnız Azərbaycanın imkanları sayəsində təmin etmək mümkün deyil. Hesab edirəm ki, baş verənlərdən Qərb daha çox narahat olmalı, bununla bağlı öz mövqeyini ortaya qoymalıdırlar”./moderator.az/


Müəllif: