24 İyul 2015 15:42
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan üçün, həm də Avropa-Azərbaycan əlaqələri üçün çox mühüm hadisələrdən biri idi.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov qeyd edib ki, bu, Avropa İttifaqı Şurası Prezidentinin Avropa ölkələrindən kənara ilk xarici səfərlərindən biri, bəlkə də birincisi idi.

“Bu da Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirir”.

N.Məmmədov sonra bildirib ki, bu səfərlə bağlı müəyyən razılaşma əvvəlcədən var idi: “Səfər əslində Avropa Oyunları zamanı baş tutmalı idi. Avropa İttifaqı Şurası Prezidentinin bu Oyunlara da baş çəkmək niyyəti var idi. Lakin o zaman iyun zamanı Yunanıstanda baş verən hadisələrlə bağlı çox mühüm bir vəziyyət əmələ gəldi. Bununla bağlı Avropa İttifaqının rəhbərləri yığışmalı oldular. Böhran vəziyyəti idi. Ona görə bizə xəbər göndərdi ki, üzr istəyirəm gələ bilmirəm, səfəri bir qədər təxirə salıram”.


Müəllif: