“Sualları gənclərə "Molotov kokteyli" verənlərə yönəldin”
Deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı NİDA-çıların həbsi ilə bağlı müxalifət tərəfindən qaldırılan məsələlər haqda danışıb.
Teleqraf.com-un xəbərinə görə, Siyavuş Novruzov bildirib ki, bu məsələlər haqda sualları gənclərə "Molotov kokteyli" verib polisin üzərinə, iğtişaş törətməyə göndərənlərə vermək lazımdır: “Bundan başqa, Ziyafət müəllim haqlı olaraq dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Məhkəmənin qərarından razı olmayan şəxs digər instansiyalara müraciət edə, Avropa Məhkəməsinə qədər gedə bilər. Biz dəfələrlə şahidi olmuşuq ki, prezident tərəfindən dəfələrlə əfv verilib, Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı verilib. Peşəsindən və ixtisasından asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.
Nemət