Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb. Bu barədə QAT-ın mətbuat xidmətindən məlumat verilib.
QAT sədri səfirə təşkilatın hazırladığı Qarabağ müharibəsinə dair “Yaddaş” filmini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və ingilis dillərində kitabları təqdim edib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanmış bu filmdə və kitablarda Qarabağ müharibəsinə dair həqiqətlər yer alıb. QAT sədri daha sonra İran və “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın region üçün əhəmiyyətini qeyd edib, bu münasibətlə səfiri və onun təmsil etdiyi ölkəni təbrik edib.
Səfir M.Pakayin təqdim olunan filmə və kitablara görə həmçinin təbrikə görə təşəkkürünü bildirib.
Səxavət