8 Avqust 2015 21:03
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan-2013" Hərəkatından əsər-əlamət yoxdur.

Qeyd edək ki, bu qurum 2013-cü il prezident seçkiləri zamanı yaranmışdı. Qurum hətta prezidentliyə namizəd kimi Ərəstun Oruclunu da irəli çıxarmışdı. Ancaq sonradan onların namizədi seçki prosesinə qatılmadı. Həmin dövrdə qeyd olunurdu ki, hərəkatın nizamnaməsi, platforması, məqsəd və vəzifələrinə dair ciddi sənədlər hazırlanır, ictimaiyyətə təqdim ediləcək. Ancaq bu qurumun yaranmasının üzərindən 2 il zaman keçsə də, hər hansı bir yenilik və ya informasiya yoxdur.

Bu isə o deməkdir ki, Eldar Namazovun yaratdığı "EL" Hərəkatı kimi Ərəstun Oruclunun yaratdığı "Azərbaycan-2013" Hərəkatı da artıq mövcud deyil. Əgər mövcuddursa, yalnız kağız üzərində mövcuddur. Son bir ildə bu hərəkatın adını çəkən olmayıb, eləcə də, bu qurum hansısa bəyanat verməyib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər