13 Avqust 2015 23:31
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seymur Orucov: “YAP Gənclər Birliyi müxtəlif sahələrlə əlaqədar layihələrini uğurla davam etdirməkdədir”

“Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ənənəvi olaraq müxtəlif sahələrlə əlaqədar layihələrini uğurla davam etdirməkdədir”. Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, YAP Gənclər Birliyi bu ilin ötən dövrü ərzində kifayət qədər layihələr, tədbirlər həyata keçirib. Onun sözlərinə görə, bu layihələr siyasi, iqtisadi, mədəni, sosial, vətənpərvərlik və. s istiqamətləri əhatə edir.

“Həyata keçirdiyimiz layihələr cəmiyyətimiz, xüsusilə gənclərimiz tərəfindən dəstəklənir. Eyni zamanda, təşkilatımızın fəal gəncləri Azərbaycan Prezidenti yanında Gənclər Fonduna layihələr təqdim edirlər. Sevindirici haldır ki, bu layihələrin əksəriyyəti dəstəklənir. Həmin layihələr aktual məsələləri əhatə edir. Onu xüsusilə vurğulamaq istəyirəm ki, qarşıdan gələn parlament seçkilərində də gənclərimiz fəal iştirak edəcək. Biz bütün seçkilərdə müxtəlif layihələrlə çıxış edirik. Təbii ki, parlament seçkiləri kampaniyası dövründə də müəyyən layihələr həyata keçirməyi düşünürük. Seçki kampaniyasında aktiv iştirak etməklə partiya rəhbərliyinin etimadını doğrultmağa, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışacağıq”, – deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər