14 Avqust 2015 11:06
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bəzi siyasi partiyaların seçkilərin boykot edilməsinə dair çağırışlarına münasibət bildirib.

“Seçkiləri boykot etmək doğru addım deyil" deyən, M.Pənahov hesab edir ki, ya müşahidəçi, ya da iştirakçı kimi seçkiləri boykot etmək doğru deyil: “Bu, demokratik dünyanın qəbul etmədiyi bir prinsipdir. Amma Azərbaycanda seçki prosesi şəffaf keçirilir, kim necə istəyirsə, fikir bildirə bilər. Seçkilər ona görədir ki, insanlar öz münasibətlərini göstərsinlər, seçimlərini etsinlər. Qarşıdakı müddətdə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkidə iştirak daha doğru addım olar. Çünki seçicilərin istəyinə uyğun parlament formalaşdırılacaq. Çoxluğun fikri ortada olmalıdır. Demokratiyada qəbul olunmuş prinsip çoxluğun fikridir”.


Müəllif:

Oxşar xəbərlər