AXCP sıralarını tərk edən Razi Nurullayev yaxın həftələrdə gələcək siyasi fəaliyyətlərilə bağlı planlarını cəmiyyətə açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda onun özü məlumat verib:
"AXCP-dən istefa verdikdən sonra bir sıra silsilə görüşlər keçirdim və bu fəaliyyətim nəticəsiz olmadı. Müsbət nəticələr var və artıq onların cəmiyyətə çatdırılmasının vaxtı yetişib. İlkin mərhələdə ictimai birlik və ya hərəkat kimi ictimai-siyasi proseslərə qatılıb, sonradan siyasi təşkilata çevrilməyi planlaşdırırıq. Noyabrın 1-də keçiriləcək parlament seçkiləri bizim üçün bir sınaq və təcrübə mərhələsi olacaq. Bu yolla öz sözümüzü deyəcəyik və komandamızı cəmiyyətə təqdim edəcəyik. Seçkidən sonra isə bu şəxsləri ölkənin ictimai-siyasi həyatında daha aktiv formada görə biləcəyik. Bunların siyasi səhnəyə gəlişi ilə 1988-ci ildən bəri gördüyümüz simalar tədricən siyasi səhnədən getməyə başlayacaq".
Cavidan