18 Avqust 2015 12:41
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşən balıqçılarla bağlı Azərbaycanın İrandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, XİN-in təlimatı əsasında İrandakı səfirliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib və hazırda araşdırma aparılır.

Qeyd edək ki, avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb. Onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar.


Müəllif:

Oxşar xəbərlər