25 Avqust 2015 12:21
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) deputatlığa namizədlərinin ilkin siyahısını açıqlayacaq.

Bu barədə Teleqraf.com-a açıqlamasında partiyanın baş katibi Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, AMİP Siyasi Şurasının iclasında bir sıra dairələr üzrə namizədlərin təsdiqi prosesi baş verəcək, ondan sonra ilkin siyahı açıqlanacaq: “Bu, ola bilər tam siyahı olmasın, siyahının birinci hissəsi olsun. Çünki dəqiqləşmələr gedir, bəzi dairələr üzrə üst-üstə düşən namizədlərimiz var. Ona görə də həmin dairələr üzrə ehtiyac olacaqsa, bir daha əlavə müzakirələr aparılacaq. Çünki hələ seçkinin rəsmi elan olunmasına vaxt var. Amma ilkin siyahıda yəqin10, yaxud 20 nəfər namizədin adı olacaq, amma konkret say dəqiq bilinmir. Əslində bütün dairələr üzrə namizədlərimizin olmasında israrlıyıq, amma bəzi dairələr üzrə öz namizədlərimiz toqquşduğundan daha şanslı namizəd üzərində dayanmaq üçün bir qədər vaxta ehtiyac var”.

O, AMİP lideri Etibar Məmmədovun seçkiyə qatılıb-qatılmayacağına da aydınlıq gətirib: “Bu, Etibar Məmmədovun şəxsi qərarından asılıdır. Biz çox istəyərdik ki, Etibar bəy parlament seçkilərində namizəd olaraq iştirak etsin. Amma bu, bizim istəyimizə bağlı məsələ deyil, bilavasitə Etibar Məmmədovun öz iradəsindən asılı olan məsələdir. Ona görə də Etibar bəy seçkilərdə iştirak etmək barədə qərar verəcəksə, şübhəsiz ki, partiya bütün gücü ilə onun namizədliyini dəstəkləyəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər