“Yeni Azərbaycan Partiyası seçkiyə tamamilə hazırdır. Yaxın 3 üç gün ərzində YAP deputatlığa namizədlərinin siyahısını elan edəcək”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
Onun sözlərinə görə, YAP-tərəfindən irəli sürüləcək namizədlərlə bağlı müzakirələr artıq yekunlaşmaq üzrədir: “İdarə Heyətinin iclası olacaq və iclasda YAP-ın seçkilərdə iştirakı ilə bağlı qərarı açıqlanacaq. Prezidentin sərəncamından sonra seçki günü məlumdur. YAP hər bir dairədən öz namizədini irəli sürəcək. Əvvəlki seçkilərdə nadir hallarda olub ki, tanınmış ictimai xadim yaxud YAP-ın hörmət elədiyi namizəd olub, həmin dairədə YAP həmin şəxsin xeyrinə namizəd irəli sürməyib. Ola bilsin belə istisna hallar bu seçkidə də olsun. Amma bütünlükdə prinsip belədir ki, 125 dairənin hər birindən namizəd irəli sürülsün və həmin namizədin qələbəsi üçün kampaniya təşkil olunsun”.
H.Paşayev bildirib ki, YAP bütün respublika üzrə seçki qərargahlarının müşavirələrini keçirib: “Seçki prosesində kampaniya dövründə qərargahda çalışacaq bütün nümayəndələrin vəzifə bölgüsü aparılıb, onlar üçün treninqlər və xüsusi kurslar keçirilib”.
Nərgiz