10 Sentyabr 2015 18:17
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya yola düşəcək.

Nümayəndə heyətinə deputatlardan Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildirlər. Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Naci Bostancı ilə görüşləri və digər tədbirlər də nəzərdə tutulmuşdur. Səfər sentyabrın 13-də başa çatacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər