"Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qərar qarşıdan gələn seçkilərlə bağlıdır. Daha doğlurusu, seçkiqabağı mühiti gərginləşdirmək istəyirlər".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, Avropa Parlamenti həbsdə olan bir neçə şəxsi dərhal və heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib. Qətnamə müəllifləri həmçinin Avropa KomisiyasınıAzərbaycanda bəzi hakimlərə, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Q.Hüseynli bildirib ki, Azərbaycanda sabitliyi pozmaq istəyən, ölkədə gərginlik yaratmağa cəhd edən qüvvələr var: "Əvvək təklif edirdilər ki, Azərbaycan Avropa Şurasından uzaqlaşdırılsın. İndi isə hansısa sankisyalardan danışırlar. Bunların nə mənası var? Azərbaycan müstəqil ölkədir. Heç kəs onunla sanksiya tonunda danışa bilməz. Sərt qətnamələr həbsdə olan insanların durumunu daha ağırlaşdırır, onların azadlığa buraxılma imkanlarını tükəndirir. Tərəflər arasında dialoq qurulmalı, problemlər danışıqla həll olunmalıdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti Avropa Parlamentinin qətnaməsinə rəsmi etirazını bildirəcək".
Q.Hüseynliyə görə, Qərb dövlətləri Azərbaycanın daxili işlərinə çox qarışırlar və bu cür müdaxilələr heç də yaxşı nəticə vermir: "Onlar qırmızı xətti keçirlər. Cavablarını alacaqlar. Azərbaycan Qərbdən tamamilə imtina etmək səviyyəsinə çatdırılmamalıdır. Amma görünən odur ki, proseslər buna doğru gedir".
Ayxan