12 Sentyabr 2015 00:35
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Boykot qərarı siyasi partiyalar arasında birmənalı qarşılanmayıb.

Bununla bağlı Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimli beynəlxalq təşkilatların dəstəyi ilə mandat qazanmaq imkanları sıfıra bərabər olduğu üçün belə bir qərar qəbul edib:” Əli Kərimli öyrəşib ki, gizli danışıqlar yolu ilə deputat olsun. Bu dəfə də buna əldə etmək istəyirdi. Ancaq planı baş tutmadı. Bu səbəbdən də boykot qərarını verdi. Əli Kərimli ilə Cəmil Həsənlinin seçkidə iştirak etməməsi heç nəyi dəyişmiyəcək. Guya bunlar seçkidə iştirak etsəi, nə baş verəcəkdi ki?!”

Niyaməddin Orduxanlı 2010-cu il parlament seçkilərində Əli Kərimlinin 2200 səs topladığını dedi: “2010-cu ilə parlament seçkilərində mən 45 saylı Abşerin seçki dairəsində ikinçi yeri tutmuşdum. 3000-dən yuxarı səs toplamışdım. Əli Kərimli isə məndən 1000 səs az toplamışdı. Kim istəyir, msk.gov.az saytına daxil olub tanış ola bilər. Bu adam heç 3000 səs toplaya bilmir. Məğlub olacağını, ciddi uğur qazana bilməyəcəyini də çox yaxşı bilirdi. Özü də Əli Kərimli olan dairədə az qalir bütün beynəlxaql müşahidəçilər bülletenləri bir-bir saysınlar. Beynəlxalq müşahidəçilər də Əli Kərimlin səs toplaya bilmədiyini gördülər. Əli Kərimlinin yanında kim qalıb ki, namizədliyini də irəlü sürsün. “Matros Faiq"dən başa kimsə yoxdur. Və yaxudda Cəmil Həsənli olsun. Bu adam deputat mandatına görə, öz sədri Əli Kərimlini ayaqlarının altına alıb yerə vurdu. Onun bu cür riyakar siyasətini hər bir vətəndaş görüb və izləyib. Belə bir adama kim etimad göstərər, səs verər?! Cəmil Həsənli deputat ola bilmədəyindən, Əli Kərimli kimi zorən "müxalifət" olanlardandır. Baxın,"Milli Şura"da olan bu adamlara. Gültəkin Hacıbəyli və Cəmil Həsnlinin hakimiyyətin ünvanına dediyi mədhiyyələr AZTV-nin arxivində xeyli yer tutub. Kim istəyirsə, gedib AZTV-də baxa bilər. Gültəkin Hacıbəyliyə yaxşı bilir ki, Əli Kərimli bir dəfə satın alınmışdı. Bir dəfə alınmış adamı, təzədən almırlar. Onun yerinin hara olduğunu Gültəkin Hacıbəyli ki, yaxşı bilir. Bu səbəbdən də namizəd olmaqda imtina edirlər”.


Müəllif:

Oxşar xəbərlər