Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Sahib Kərimli partiyadan gedəcək.
Bu haqda AXCP-yə yaxın mənbələr bildirib. Onların sözlərindən məlum olur ki, Sahib Kərimli son zamanlar Rəyasət Heyətinin toplantılarına qatılmır, daha çox şəxsi işləri ilə məşğul olur. Onun partiya sədri Əli Kərimli ilə də problemlərinin olduğu bildirilir. Qeyd olunur ki, məhz bu səbəbdən Sahib Kərimli partiya rəhbərliyindən narazıdır.
Onun digər narazılığı partiyada bütün nəzarətin Həsən Kərimov-Gözəl Bayramlı qruplaşmasının əlinə keçməsidir. O da vurğulanır ki, Sahib Kərimlinin dostlarının çoxu ya partiyadan istefa verib, ya da həbsxanadadır.
Mənbə iddia edir ki, əslində, Sahib Kərimli indiyə qədər AXCP-dən getməli idi, lakin Nərimanov rayon təşkilatının sabiq üzvü Ağaşirin Tanrıverdioğlu ilə mübahisə onu bu qərarından müvəqqəti daşındırıb.
Cavidan