Hüquq müdafiəçisi Rəşid Hacılı neçə müddət idi ki, ölkədə yox idi. Dostları onun Avropada və ya Gürcüstanda olduğunu qeyd edirdilər.
Hacılı isə iş fəaliyyəti ilə əlaqədar xaricdə olduğunu və işlərini yoluna qoyduqdan sonra Bakıya dönəcəyini qeyd edirdi.
Sonradan hətta qeyd edilirdi ki, artıq Rəşid Hacılı hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmur. İndi isə bəlli olur ki, Hacılı ölkəyə qayıdıb. Bu xəbər dəqiq olmasa da, onun sosial şəbəkədə yazdığı statuslar belə bir qənaətə gəlməyə imkan verir.
Məsələ ondadır ki, Rəşid Hacılı Bakıda hüquq firması açdığı haqda status yazıb. Qeyd edib ki, hüquq müdafiəçisi olaraq işləyə bilməsə də, vətəndaşlara hüquqi yardım göstərmək məqsədilə firma yaradıb və bir aydan çoxdur ki, fəaliyyət göstərirlər.
Cavidan