14 Sentyabr 2015 13:30
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa parlamentinin qəbul etdiyi qətnamə Milli Məclisdə ciddi təhlil olunmalıdır. Mən də komitəmiz və öz adamından, uzun illər beynəlxalq münasibətlərdə işləyən şəxs kimi hesab edirəm ki, bu təxribat dolu qətnaməyə uyğun cavab verilməlidir”.

Teleqraf.com-un xəbərinə görə, bunu parlamentdə çıxış edən Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib.

Onun fikrincə, əslində bu qətnamə ilə Avropa Parlamenti özünə ciddi zərbə vurur: “Bundan sonra onların deyəcəyi sözlərin, veriləcək vədlərin heç bir əhəmiyyəti yoxdur. Onlar müstəqil dövlətə qarşı belə bir addım atdılar. Niyə bu addımı atdılar? Azərbaycan suveren dövlətdir. Müstəqil xarici siyasət aparır və kiminsə sözünü deyil, öz xalqının sözünü deyir. Həm də Azərbaycan öz torpaqlarını Minsk qrupundan və digər formatlardan kənar həll etmək iqtidarındadır. İnsan haqlarını müzakirə edəndə biz qaçqlınları, demokratiya deyəndə bərabərliyi, qanunvercilik deyəndə beynəlxalq qanunların ciddiliyini düşünürdük, separatçı qüvvələrlə əməkdaşlıq etməməyi düşünürdük. Mən bir faktı deyirəım. Bu sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansında təmsil olunur. Həmin alyansın deputatları Dağlıq Qarabağda fəaliyyət göstərən “Arçax Demokratik Partiyasını” öz üzvlüyünə qəbul ediblər. Biz öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşməli, Avronest Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər