Polşanın “Novi Soç” Gənc liderlərin təşkil etdikləri 10-cu İqtisadi Forumundakı çıxışlarında Avropa İttifaqı liderləri Qarabağ probleminin həll olunmayacağı ilə bağlı, izahat verir, dəlillər və faktlar gətirməyə çalışırdılar. Nədənsə, Qarabağ probleminin həll edilməsinin mümkünsüzlüyü ilə bağlı izahatlar verib öz fikirlərini əsaslandırmağa çalışan liderlər Minsk qrupunun nə üçün yarandığını və fəaliyyəti barədə bir kəlmə də olsun bəhs etmədilər. Buradan belə bir nəticə çıxır ki, Avropa İttifaqını Qarabağ probleminin indiki durumu qane edir. Problemin köklü şəkildə həll edilməsində maraqlı deyillər. İqtisadi forumda gənclərlə iqtisadi deyil, siyasi analizlər aparılırdı.
Sentyabırın 7-dən 11-nə kimi təşkil edilən İqtisadi Forumda 42 ölkədən 377 nəfər iştirakçı var idi. Forumun mövzusu “Sabahın liderləri Avropada layihə həyata keçirmək üçün nə etməlidirlər?” adlanırdı. Forum iqtisadi xarakterli nəzərdə tutulsada, təşkilatçılar onu tamamilə siyasi səmtə istiqamətləndirdilər. Bu forumda hökumət və dövlət liderləri iqtisadi inkişafa səbəb olan biznes imkanlarının təhlili əvəzinə, gənclərə müxtəlif siyasi təlimatlar verir, Avropa dəyərlərini təbliğ edirdilər.
Tədbirin təşkilatçıları Hannes Schreiber (Sərqi avropa üzrə söbə müdiri, Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlik, Avstriya); Christoph Zoepel (Keçmiş dövlət naziri və katibi, Almaniya); Ramadan Llazi (Avropa inteqrasiyası nazirinin müavini, Kosova) və Zanda Kalnina -Lukasevica (BMT-nin məsələləri üzrə parlamentin dövlət katibi, Latviya) Avropanın ətraf regionlarındakı münaqişələrdən danışarkən Rusiya prezidenti Putini tənqidindən başlayaraq Ukraynada yeni sistemin qurulması təklifinə və Avropa Birliyinə daxil ölkələrin Ukraynada demokratiya yaratmağa yardım edəcəkləri barədə müxtəlif rəylər bildirsələrdə, Cənubi Qafqazın münaqişə ocaqlarından danışılarkən Azərbaycanın adını belə çəkmədilər. Diqqətçəkən məqamlardan biri də o idi ki, Azərbaycanın dövlət bayrağı, asılan dövlət bayraqları sırasında yox idi. Halbuki, Ermənistanın bayrağı asılan bayraqlar sırasında birinci yerdə qoyulmuşdu. Bütün bunlara Azərbaycandan gələn nümayəndə heyəti etiraz bildirməli idi. Lakin onlar bu hadisələri sükutla qarşıladılar.
Halbuki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
İtaliyanın “L’indro” xəbər portalının bu ilki saylarının birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir yazıda deyilirdi: “Dünyanın diqqəti Ukrayna hadisələrinə yönəldiyi bir vaxtda Avropanın cənubunda qanlı müharibə ilə nəticələnə biləcək bir gərginlik yaşanmaqdadır. 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa və son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliyin qarşısı alınmasa Avropanın enerji təhlükəsizliyinin təmin olunması sual altına düşə bilər”.
Bildiyiniz kimi, Dağlıq Qarabağ hüquqi əsaslarla Azərbaycan ərazisidir. Sovet İttifaqının dağılmasından sonra yaranan siyasi boşluqdan faydalanan ermənilər bu torpaqları işğal etməyə başladılar və hamımızın şahid olduğu qətliamlar yaşandı. Ermənilər burada, xüsusilə də dinc insanlara qarşı qətliamlar törətdilər. Burada məqsəd Dağlıq Qarabağda torpaqların sahibi olmağa iddia etmək idi.
Əslində bu işğalçılıq siyasətinə görə çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Ermənistanın işğalçılıq siyasətinə məhəl qoyulmur.
Bütün bu həqiqətləri çox gözəl anlayan Avropa liderləri gənclərin bu iqtisadi forumunu siyasi hoqqabazlığa çevirsələr də, Avropanın ən etibarlı enerji təminatçısı olan və ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanın adını belə çəkmədilər.
Xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimiz forumda Azərbaycan həqiqətlərini diqqətə çatdırmağa cəhd etdilər.
Bölmə iclaslarından sonra gənclərə sual vermək üçün şərait yaradıldı. İngiltərədə yaşayan “Avropa Qafqaz Evi” təşkilatında çalışan azərbaycanlı tələbə Leyla Qasımova təşkilatçıların Ermənistan-Azərbaycan münaqişəsinə nəzər salmalarını və buna münasibət bildirmələrini tələb etdi.
İngiltərənin keçmiş müdafiə naziri Liam Fox Azerbaycanın inkişafından bir xeyli dəm vursada, Qarabağ münaqişəsinin tezliklə həllinin mümkün olmayacağını dedi. Almaniyadan olan Klaus Wittmann mövzunu dəyişərək Azərbaycanda qeyri-hokumət təskilatlarının zəif fəaliyyətindən danışaraq bunun münaqişənin həllinin ləngiməsinə səbəb olduğunu bildirdi. Qəribədir, güya Azərbaycanda QHT-lər avropalıların istədiyi kimi inkişaf yolunu keçsəydi, ermənilər öz qoşunlarını Qarabağdan çıxaracaqdımı? Göründüyü kimi, Avropa siyasətçiləri, Qarabağ münaqişəsinin həllinə ciddi yanaşmır, hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmasına, eləcə də işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan məcburi köçürülmüş sakinlərin döğma torpaqlarına qaytarılmalarını təmin edilməsinə və sonu gorünməyən erməni təcavüzünə göz yumurlar. Budurmu demokratiya, insan hüquqlarının qorunması?
Erməni gəncləri müharibə şəraitində yaşamaqdan beziblər
Leyla Qasımovanın mənə göndərdiyi məlumatlardan və görüntülərdən məlum olur ki, erməni gənclər hərbi xidmətdən yayınmaq üçün Ermənistandan Rusiyaya və Avropa ölkələrinə axışaraq özlərinə iş axtarır və vətəndaşlıq almağa çalışırlar. Lakin onlar öz ölkələrinin siyasətin əleyhinə çəkinmədən fikir söyləyirdilər. Onlar, Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsini dəfələrlə vurğulayıblar. Tədbirin sonunda orta yaşlı bir erməni bizim nümayəndəmizə yaxınlaşaraq Azərbaycan və Bakı haqqında xoş xatirələrini bölüşüb, Bakıya gəlmək istədiklərini bildiriblər. Onlar, Bakıda keçirilən Avropa Oyunları zamanı ölkə başçısı İlham Əliyevin erməni idmançıya yönəli jestləri müsbət qarşıladıqlarından bəhs ediblər. Hətta bir erməni, deyib ki mənim azərbaycanlılara böyük hörmətim var, Ermənistanda zəlzələ zamanı Bakıdan gələn yardımı heç vaxt unutmayacam.
Bütün bunlar erməni xalqının indiki Ermənistanın dövlət və hökumət başçılarının siyasətindən cana doyduqlarının əyani göstəricisidir. Sarkisyan rejiminin öz xalqını qonşu xalqlara və millətlərə düşmənçilik və nifrət ruhunda təbliği nəticəsində, Ermənistanın digər dövlətlərdən asılı və dilənçi duruma düşməsinin əyani sübutudur.
Forumun sonunda Azərbaycanlı gənclər, medianın gözü qarşısında Azərbaycan bayrağını qaldıraraq müxtəlif ölkələrin nümayəndələri ilə şəkillər çəkdiriblər.
Faiq İsmayılov
Azərnbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının
sədri