30 Sentyabr 2015 13:13
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycandakı lal-kar uşaqların problemlərini gündəmə gətirib.


Teleqraf.com-un xəbərunə görə, deputat M.Quliyev bildirib ki, uşaqların vaxtında əməliyyat edilməsi nəticəsində lal-karlığı aradan qaldırmaq mümkündür. Onun sözlərinə görə, hər əməliyyatın 20 min manata başa gəldiyini nəzərə alsaq, təqribən 2,5 milyon manat vəsait tələb olunur.

M.Quliyev bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Müəllimlər və həkimlərə ipoteka verilməsi məsələsinə də toxunan M.Quliyev deyib ki, onların maaşı şərtlərə uyğun gəlmədiyi üçün sosial ipoteka almaları mümkünsüz olub: “Qanunvericilikdə müəllim və həkimlərin xüsusi kateqoriya kimi göstərilməsi zəruridir”.


Müəllif:

Oxşar xəbərlər