30 Sentyabr 2015 13:28
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Zahid Oruc son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı bir sıra kütləvi informasiya vasitələrində (KİV) yayılan informasiyaları parlamentdə gündəmə gətirib.

Teleqraf.com-un xəbərinə görə, deputat Z.Oruc bu cür informasiyaların Azərbaycanın dövlət maraqlarına uyğun olmadığını bəyan edib: “Mən təklif edirəm ki, "KİV haqqında" qanuna dəyişiklik edilsin. Çünki mətbuatda əks olunan bəzi materiallardan düşmən də öz xeyri üçün istifadə edir. Məsələn, bir neçə gün əvvəl Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurdu. Amma bu xəbərlər neçənci sırada yer aldı. Hesab edirəm ki, KİV qarşısında belə bir qayda qoyulmalıdır ki, onlar Müdafiə Nazirliyinin xəbərlərini hər zaman birinci və baş xəbər kimi versin. Bu proses Qarabağ münaqişəsi həllini tapanacan davam etdirilməlidir”.

Z.Oruc hər iki valideyninin itirmiş uşaqların pulsuz təhsil aldığını, lakin magistratura pilləsinin ikinci ilində həmin gənclərin güzəştlərdən məhrum olunması məsələsinə də toxunub. O, 23 yaşlı gənclərin də güzəştlər kateqoriyasına aid edilməsini təklif edib: “Biz tələbə qəbulu ilə bağlı xüsusi qanun qəbul etməliyik. Artıq tələbə qəbuluna uzanan əllər kəsilib. Ancaq eyni zamanda Azərbaycan gənclərinin xaricdə təhsilə üz tutmasını nəzərə alıb, qanunvericiliyə dəyişiklik edilməsi də zəruridir”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər