30 Sentyabr 2015 13:44
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi onlarla övladımız eşitmə və danışma qabiliyyəti olmadan doğulur. Zamanında biz onlarla bağlı əməliyyata dəstək olsaq, bu uşaqları xilas edə bilərik”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, bu cür problemlərin qarşısı vaxtında alınarsa, o zaman dövlət daha böyük vəsaitlər xərcləməz.

Q.Paşayeva müəllim və həkimlərin xüsusi güzəştlərlə sosial ipoteka alması barədə səslənən təklifi də müdafiə etdiyini bildirib. Millət vəkili “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də müzakirəyə çıxarılmasını təklif edib: “Bizə övladları olmayan onlarla ailələr müraciət edirik ki, bu qanun layihəsi müzakirəyə çıxarılsın və dövlətin yardımından istifadə etmək mümkün olsun”.

Q.Paşayeva ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsinin də artıq hazır olduğunu söyləyib: “Mən bu layihənin müzakirəsini dəstəkləməyə çağırıram”.


Müəllif:

Oxşar xəbərlər