30 Sentyabr 2015 16:09
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

NİDA Hərəkatının təsisçilərindən biri olan Üzeyir Məmmədli Hərəkatdan ayrıldığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, gənc fəal bu barədə qərarını sosial şəbəkədə açıqlayıb: “Bu gündən təsisçilərindən biri olduğum NİDA Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. NİDA ilə çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəyəm”.

Qeyd edək ki, Üzeyir Məmmədli 30 mart 2013-cü ildə həbs olunmuşdu. Cinayət Məcəlləsinin 228.3 (qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə), 28.1. (Cinayətə hazırlıq), 220.1 (Kütləvi iğtişaş) maddələri ilə ittiham olunurdu və məhkəmə hökmü ilə 7 il azadlıqdan məhrum olmuşdu.

2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Hazırda parlament seçkilərinə hazırlaşan eks-NİDA-çı deputatlığa namizədliyini 19 saylı Nərimanov birinci seçki dairəsindən irəli sürməyi düşünür. O, indiki mərhələdə seçkini boykotun əleyhinə olduğunu bildirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər