8 Oktyabr 2015 18:23
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk axını" layihəsi dondurulub, lakin Rusiya Suriya üzrə mövqeyini dəyişsə, onun reallaşdırılmasında hansısa irəliləyiş ola bilər".

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, iqtisadiyyat və təhlükəsizlik siyasəti bir-biri ilə bağlıdır və Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı bəzi səhvlərə yol verdi: "Rusiya Suriyadakı fəaliyyətinə görə Türkiyə tərəfindən qızğın reaksiya gözləmirdi. Rusiya Türkiyənin hava sərhədlərini yenə pozsa, Ankara bununla əlaqədar hərbi addımlar ata bilər".


Müəllif:

Oxşar xəbərlər