9 Oktyabr 2015 18:30
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat kampaniyasının aparılması ilə bağlı bir sıra tövsiyələr verilib.

İclasda MSK sədri Məzahir Pənahov qeydə alınmış namizədləri seçiqabağı təşviqat zamanı qanunun tələbinə əməl etməyə çağırıb.

O bildirib ki, qanunazidd hərəkət edən namizədlər barəsində hüquqi tədbirlər görülə bilər: “Biz kimisə cəzalandırmağa çalışmırıq, əksinə, hamıya bərabər şərait yaratmaq istəyirik. Buna görə də hər kəsi qanunun tələblərinə əməl etməyə çağırırıq. Bizi məcbur etməsinlər ki, ciddi tədbir görək”.


Müəllif:

Oxşar xəbərlər