Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupu yaxın aylarda görüş keçirə bilər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in baş katibi deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir. Qarabağ nizamlanmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katbi Nikolay Bordyuja ilə müzakirə etdiyini deyən L. Zanyer Ermənistan-Azərbaycan sərhədində və regionda zorakılığın artmasından narahat olduqlarını bildirib. “Siyasi rəhbərliklə iş aparmaq lazımdır”, -deyə o vurğulayıb.