Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı təxirə salınıb.
Bu barədə partiyadan Teleqraf.com-a daxil olan məlumatda bildirilir.
Məlumata görə, partiyanın qurultayı noyabrın 1-nə təyin olunmuş parlament seçkilərindən sonra keçiriləcək. Partiya seçkilərdə iştirak etdiyi üçün qurultayını bundan sonra keçirməyi planlaşdırır.
Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə ötən həftə tutduğu vəzifədən və partiya sıralarından qəfil istefa verib. Bundan sonra onun səlahiyyətlərini baş katib Arzuxan Əlizadə icra edir. Qurultayda AMİP-ə yeni sədr seçkiləri keçiriləcək.