Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) üzvü Akif Nəcəfli qurumun fəaliyyətindən narazı qalıb. Bu narazılığını Nəcəfli sosial şəbəkələr vasitəsilə bildirib.
Qeyd edək ki, Nəcəfli qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Hazırda onun namizədliyi 11 saylı Qaradağ Seçki Dairəsindən irəli sürülüb. Lakin müşahidələr göstərir ki, ADR Hərəkatının üzvləri Akif Nəcəfliyə kifayət qədər diqqət göstərmirlər. Məhz bu amil Nəcəflidə narazılıq və narahatlıq yaradıb. O, ADR üzvü olduğunu xatırlayaraq bu hərəkatın üzvlərinə "əziz ADR üzvləri, məni yada salsanız, dünya dağılar?" deyə mesaj göndərib.
Lakin ADR-çilər onun bu narazılığını zərrə qədər də nəzərə almayıb.
Qeyd edək ki, ADR üzvü Vurğun Əyyub da namizədliyini irəli sürüb və hazırda hərəkatın üzvləri sosial şəbəkələrdə onun təbliği ilə məşğuldur.
Nemət