14 Oktyabr 2015 15:40
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti oktyabrın 16-17-də Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) “Qadınlar siyasətdə: qarşılıqlı əlaqə və innovasiya vasitəsilə təmsilçiliyin təşviqi” mövzusunda təşkil etdiyi konfransda iştirak edəcək.

Bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.

Malayziya Milli Cəbhəsi Partiyasının Qadın Qolunun ev sahibliyi edəcəyi tədbirin iştirakçıları təmsil etdikləri ölkələrin gender siyasəti barədə məlumat verəcək, qadınların siyasətdəki təmsilçiliyinin artırılması yönündə müzakirələr aparacaqlar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər