Müsavat Partiyası Razi Nurullayevin rəhbərlik etdiyi təşkilatı AXCP kimi tanımır. Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edib.
"Müsavat Partiyası AXCP adında yalnız bir təşkilatı tanıyır. Bu təşkilat öz qurultayını sentyabrın 27- də keçirərək növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqadır. Ədliyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək", deyə A.Hacılı bildirib.
Qeyd edək ki, R.Nurullayevin rəhbərlik etdiyi təşkilat oktyabrın 18-də qurultay keçirərək AXCP adına iddiasını ortaya qoyub.
Ayxan