20 Oktyabr 2015 19:10
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğunu qeyd etdi.

İ.Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnunluq ifadə edərək, dövlətlərimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafeyinə uyğun olduğunu bildirdi. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verdi və turizm, səhiyyə, elm, mədəniyyət və tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırdı.

İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası və onun çərçivəsində müştərək biznes-forumların təşkil edilməsinin əhəmiyyəti qeyd edildi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıldı.


Müəllif:

Oxşar xəbərlər