Ermənistanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter bu gün qondarma erməni soyqırımı “qurbanları”nın xatirəsinə ucaldılmış memorial kompleksi – “Sisernakaberd”i ziyarət edib.
D.Burkhalter memorialın önünə əklil qoyub və “soyqırım qurbanları”nın xatirəsini bir dəqiqəlik sükutla yad edib. O, həmçinin “Sisernakaberd”in yaxınlığında yerləşən Xatirə Xiyabanında küknar ağacı əkib.
Daha sonra D.Burkhalter Ermənistan prezidentinin iqamətgahına yollanıb. Burada rəsmi qarşılanma mərasimi keçirilib. Bundan sonra isə – bu dəqiqələrdə iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqların keçirilməsinə başlanılıb.
Səxavət