23 Noyabr 2015 12:25
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün Parisə gedib.

Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, tədbirdə insan hüquqları ilə bağlı etik məsələlər, sosial hüquqlar üzrə illik məruzənin dərc edilməsi, Avropada yol təhlükəsizliyi və ictimai sağlamlığın prioritetləri, qeyri-ənənəvi karbohidrogenlərin kəşfiyyatı və istismarı mövzuları ətrafında müzakirələr aparılacaq.

Komitə iclasında, həmçinin, Azərbaycanın sərhəd rayonları sakinlərinin ermənilər tərəfindən qəsdən sudan məhrum edilməsi məsələsinə də baxılacaq.

Nemət


Müəllif: