4 Dekabr 2015 14:40
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın paytaxtı Belqradda ATƏT Nazirlər Şurasının 22-ci toplantısı çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” başlıqlı BMT Baş Assambleyasının qətnaməsinin mətn layihəsi barəsində müzakirələr aparılıb.

Həmçinin görüş çərçivəsində GUAM-Yaponiya Əməkdaşlıq Proqramı imzalanıb. Proqramda GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı, Yaponiyanın GUAM regional əməkdaşlığına daha yaxından cəlb olunması, praktik əməkdaşlıq üçün proqram və layihələrin inkişafı və icra edilməsi kimi məsələlər qeyd olunub. Proqramda eləcə də BMT Nizamnaməsi, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində sülh və təhlükəsizliyin qorunması naminə beynəlxalq və regional münasibətlərin cari problemləri üzrə məsləhətləşmələrin keçirilməsi yeni əməkdaşlıq məqsədləri kimi təsbit olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər