8 Dekabr 2015 17:29
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini uğurlu gənclər siyasəti təşkil edir”.

Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Onun fikrincə, bu baxımdan Azərbaycan dövlətinin də həyata keçirdiyi gənclər siyasəti strateji səciyyə daşıyır.

“Bu siyasətin fonunda gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, gənclər siyasəti sahəsində qanunvericilik aktlarının hazırlanmasına, həmçinin, həyata keçirilməsinə nail olmaq əsas məqsədlər hesab edilir. Eyni zamanda bu yöndədövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Bir sözlə, milli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyə, S.Orucov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər