15 Dekabr 2015 17:56
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Partiyanın qərargahında keçirilən görüşdə Azərbaycan-İsrail əlaqələri, postsovet məkanı ölkələrinin, o cümlədən, Cənubi Qafqaz, Orta Asiya və Rusiyanın regional strateji maraqlarının siyasi-iqtisadi aspektləri, Qarabağ münaqişəsinin həlli, qlobal və regional enerji təhlükəsizliyi müzakirə edilib.

Asim Mollazadə qonaqlara Azərbaycan, regional münaqişələr, ölkəmizin Avropanın və regionun enerji təhlükəsizliyindəki rolu, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Asiya və iqtisadi məsələlər bürosunun rəhbəri Benjamin Krasna, İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Avrasiya və enerji məsələləri üzrə analitiki Vita Avramov, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom iştirak edib.

Səxavət


Müəllif: