21 Dekabr 2015 14:04
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, nümayəndə heyətinin üzvlərindən elələri var ki, V çağırış Milli Məclisin üzvü seçilməyib: “Onların əvəzinə yeni üzvlər seçiləcək”.

S.Seyidov bildirib ki, nümayəndə heyətinin yeni tərkibi AŞPA-nın yanvar sessiyasından əvvəl təsdiq edilib təşkilata göndəriləcək.

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova da Trend-ə ATƏT-dəki nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini bildirib.

B.Muradova qeyd edib ki, nümayəndə heyətinin üzvü olanlardan bu seçkilərdə deputat seçilməyənlər var: “Bu baxımdan nümayəndə heyətinin tərkibinə dəyişiklik olunacaq”.


Müəllif:

Oxşar xəbərlər