29 Dekabr 2015 12:37
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında manatın devalvasiyası barədə müzakirələr başlayıb.

Teleqraf.com-un xəbərinə görə, millət vəkilləri müxtəlif təkliflər səsləndirib.

Millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: “Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə, əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələri çox görüb və mən əhalini təmkinli omağa çağırıram”.

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu istiqamətdə Prezident İlham Əliyevin hökumətə ciddi tapşırıqları var: “Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər