5 Fevral 2016 13:09
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Prezidenti İlham Əliyevin Suriya məsələsi ilə bağlı Londona dəvət olunması ölkəmizin nüfuzunun göstəricisidir. Hesab edirəm ki, bu cür dəvətlər Azərbaycana başucalığı gətirir. Eyni zamanda cənab Prezidentin də vurğuladığı kimi biz Suriyada sabitliyin bərqərar olması, qaçqınların sosial durumunun yaxşılaşdırılması üçün öz töhfəmizi verə bilərik".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov Azərbaycan prezidenti İlham Əliyevin “Suriyaya və regiona dəstək” konfransında iştirak üçün Londona səfər etməsinə münasibət bildirərkən qeyd edib.

F.Sadıqova görə, regionda baş verən hərbi əməliyyatlar, müharibələr Azərbaycanı narahat etməyə bilməz: "Təbii ki, bizim London konfransına qoşulmağımızın müəyyən məqsədləri var. İlham Əliyev Londondakı çıxışında Suriyadakı müharibədən narahatlığını ifadə etməklə bərabər, Azərbaycanın qaçqın problemini də diqqətə çatdırdı. Hər iki ölkənin problemləri arasında yüksək səviyyədə paralellər aparıldı. Hesab edirəm ki, konfrans iştirakçıları arasında Azərbaycanın qaçqın problemi, onun yaranma səbəbləri barədə dolğun təəssürat formalaşdı".

F.Sadıqov bildirib ki, Azərbaycan regionun aparıcı dövləti olduğu üçün Londona dəvət olunub: "Azərbaycan Prezidenti Londona dəvət olunmazda öncə ölkəmizin durumu araşdırılıb. Azərbaycanın müharibə şəriatində olması, ərazilərimizin işğalı, qaçqınlarımızın mövcudluğu və bununlıa belə ölkəmizdəki sabitlik, inkişaf avropalıların diqqətini çəkib. Görünür, müharibədən əziyyət çəkmiş, lakin inkişada olan Azərbaycan bir sıra ölkələrə nümunə kimi göstərilir. Qərb Suriya hakimiyyətinə, xalqına göstərmək istəyir ki, qaçqının ola-ola da inkişaf etmək, iqtisadiyyatı dirçəltmək olar".

Politoloqa görə, növbəti mərhələlərdə Qərb Azərbaycanla daha sıx əməkdaşlıq edəcək: "Azərbaycanın bir sıra təcrübəsi öyrəniləcək və bu təcrübədən, ola bilsin ki, Suriyada istifadə olunacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransında çıxış edərək bildirib ki,
Azərbaycan Suriya qaçqınlarının halına çox acıyır: "Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü”.


Müəllif:

Oxşar xəbərlər