5 Fevral 2016 15:52
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Qlobal Bakı Forumuna hazırlıq görüşləri çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldini, YUNESKO-nun xoşməramlı səfiri, NGBM-in idarə heyətinin üzvü Marianna Vardinoyannisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Yunanıstan prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və 2013-cü ildən etibarən hər il Bakıda keçirilən Qlobal Forumlarla bağlı məlumat verilib. Həmçinin, bu forumların əhəmiyyəti, bu cür beynəlxalq tədbirlərin dünyada baş verən bir sıra qlobal problemlərin həllinə verə biləcəyi töhfələr müzakirə olunub.

Həmin gün Yunanıstanın məşhur Akropolis Muzeyində İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Səragəldinin rəhbərliyi ilə mühazirə təşkil olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər