Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan Qars müqaviləsinin ləğvi təşəbbüsü ilə çıxış ediblər.
Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.
1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesdab edir ki, bu təklif emosional vəziyyətdə qəbul olunub və reallaşmaq imkanları çox azdır: "Qars müqaviləsinin bir neçə tərəfi var, onların bu məsələdə mövqeyi öyrənilməlidir. Bundan başqa müqavilənin şərtlərinin pozulması yeni müharibənin yaranması deməkdir. Ona qalsa, Rusiya ilə Türkiyə arasında o qədər digər müqavilələr var ki, onlar da qüvvədən düşəcək. Krım Osmanlı imperiyasının ərazisi olub. Türkiyə həmin əraziyə iddia edəcək. Bir sözlə, mən bu məsələyə adi təklif kimi baxıram. Bu günün ab-havasına uyğun olan təklifdir, amma reallıqdan uzaqdır".
F.Mustafa bildirdi ki, Qars müqaviləsinin ləğvi məsələsi dəfələrlə qaldırılıb, amma heç bir faydası olmayıb: "Populist çıxışlar edənlər daha çox ermənipərəst mövqelərilə diqqət çəkirlər. Qars müqaviləsinin ləğvi mümkün deyil. Bu, yeni dünya düzəninin dəyişməsi deməkdir".
Ruslan