8 Fevral 2016 18:26
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Sovetlər dönəmində bağlanmış müqavilələri indi birtərəfli qaydada ləğv etməyə ixtiyarı yoxdur”.

Bunu Rusiya Dövlət Dumasında 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvinin təşəbbüsü ilə bağlı Teleqraf.com-a açıqlamasında tarixçi Solmaz Tohidi deyib.

Onun sözlərinə görə, Rusiya Türkiyə ilə gərginləşmiş vəziyyətdən çıxış edərək belə bir addım atmaq niyyətindədir: “Bu müqavilədə region ölkələri üçün mühüm məsələlər öz əksini tapıb. İndiki Rusiyanın ortaya atdığı bu iddianın heç bir tarixi əsası yoxdur. Xüsusilə, bu müqaviləni bağlamış tərəflərdən biri olan Sovetlər də artıq mövcud deyil. Belə bir addım atılması presedent yaradacaq və sovet Rusiyasının bağladığı müqavilələr şübhə altına alınacaq. Bundan sonra Cənubi Qafqaz dövlətləri və digərləri belə məsələləri qaldırıb birtərəfli qaydada addım atarlar və bu Rusiya üçün heç də xoş nəticələnməz. Həm də ola bilər ki, bunun arxasında Rusiya rəhbərliyinin şəxsi ambisiyalarından irəli gələn bir niyyət dayanır. Bu, məsələni yenidən gündəmə gətirən kommunistlər üçün də xoş olan hal deyil. Çünki vaxtilə onların sələfləri tərəfindən bağalanan bu müqavilələrə hörmətlə yanaşmırlar. Onu da qeyd edim ki, ermənilər bu müqavilədən indiyədək narazıdırlar. İndi belə bir məsələnin gündəmə gəlməsi çox təhlükəli bir addımdır”.

S.Tohidi hesab edir ki, bu müqavilənin ləğv edilməsi baş tutmayacaq: “Çünki Naxçıvan Muxtar Respublikası məhz bu razılaşmadan irəli gələrək yaradılıb. Bu müqavilənin ləğvi ilə Azərbaycanın maraqlarına da zərbə dəyir. Onda belə çıxır ki, 1921-ci ildə imzalanan xeyli müqavilələr ləğv edilə bilər. Əgər məhz bu müqavilə ləğv edilərsə, indiyədək digər müqavilələrə əməl edən respublikalar belə sənədləri birtərəfli qaydada ləğv edəcək. Bu da beynəlxalq hüquq normalarına ziddir. Beynəlxalq təcrübəyə əsaslanıb deyə bilərik ki, Rusiya tərəfi əgər müqaviləni ləğv etmək istəyirsə, onda Türkiyə tərəfi ilə yenidən bir masa arxasında oturub bunu müzakirə etməlidir. Özü də bu tarixi bir sənəddir, lakin indiki halda onun ləğvi siyasi konyukturadan qaynaqlanır”.

BƏX TİYAR


Müəllif:

Oxşar xəbərlər