Makedoniyanın paytaxtı Skopyedə “Sivilizasiyalararası dialoq-qarşıdakı yol” mövzusunda konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə keçirilən konfransda Makedoniya Respublikasının prezidenti George İvanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT-nin Sivilizasiyalar Alyansının Makedoniyadakı xüsusi elçisi Darko Kostadinovski, Skopye Universitetinin professoru Zoran İlievski çıxış edib.
Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində duran məsələlər müzakirə olunub.
Bundan başqa, Makedoniyanın prezidenti George İvanov Nizami Gəncəvi Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldini qəbul edib.
Səxavət