22 Fevral 2016 19:35
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli, Gəncə şəhərində Gəncə, Goranboy, Şəmkir, Qazax, Ağstafa və Göygöl rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri haqqında bu tədbirlərdə iştirak edən Divan üzvləri Gülağa Aslanlı, Osman Kazımov və Nemət Kərimli məlumat verib. Zona müşavirələrində müzakirə olunan məsələlər barədə fikir mübadiləsi aparılıb. Müşavirələr Divan tərəfindən müsbət qiymətləndirib.

Partiyanın yerli təşkilatlarına “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq icra hakimiyyətindən qərargah alınması ilə bağlı müraciət edilməsi barədə tapşırıq verib.

26 fevral Xocalı soyqırımı günü saat 12.00-da “Ana fəryadı” abidəsinin ziyarət edilməsi ilə bağlı təşkilati-texniki məsələlər müzakirə edilib.

Müsavat Partiyası rus hərbi gəmilərinin Bakı buxtasına daxil olacağı barədə Rusiya Federasiyasının rəsmi şəxslərinin verdiyi bəyanatlara etirazlarını bildiriblər.

Sonda cari məsələlərə baxılıb.


Müəllif:

Oxşar xəbərlər